Retro-futuristik Alfa 33 Stradale
29 Sentyabr 2023, 11:29Sosial Media Hesablarında Paylaş:
Alfa Romeo 33 Stradale ilə eqzotik idman avtomobilləri (sportcar) cərgələrinə geri dönür. Bu super avtomobili (supercar) Carrozzeria Touring Superleggera düzəldəcək. 620 at gücü təmin edən qoşa V-6 turbin yoxsa 750 at gücü əmələ gətirən elektrik? Hər iki güc aqreqatı 33-ə 3.0 saniyəyə qədər 100 km/saat sürət qazandıracaqdır. Retro-futuristik dizaynı ilə Stradale 1960 Alfa məktəbindən gözəçarpan elementlər almışdır. Stradale 1960-cı ildə Alfanın istehsal xəttindən çıxan ilk idman avtomobili olmuş, lakin yalnız 18 ədəd 33 zavodu tərk etmiş oldu.
Mühərrik, Transmissiya, Performans
Ümumi yanaşmada Maserati MC20 ilə konseptual rəqabət aparmağına bayxmayaraq “Alfa”nın 8 pilləli avtomatı və 750 at güclü elektriki daha çox şey vəd edir kimi görünür. Ən azı birdəfəlik dolma ilə 385 km gedəcəyi bildirilir. Maksimal sürətin 333 km/saat olduğunu nəzərə aldıqda bu testlər üçün skeptik yanaşılası rəqəmdir.
İnteryer və Komfort
Daxili barədə çox məlumat toplaya bilməsək də mövcud olan şəkillərdən retro-futuristik elementlərin təkcə eksteryerdə yer almadığının şahidi oluruq. Yarı döngəli elektrik ötürücü çarxlar, 2 istiqamətli fiziki çubuq ötürücülərin günümüz modernində yox olmuş olması Stradaleyə yenilik gətirdi. Mühərrikin işə salınmasında və sürət qutusundakı keçidlər də yenidən knopkadan fiziki ötürücüyə çevrildi. Keçmişə irəli!
Bəs sensor ekranlı monitor?
Stradale dizaynerləri buna da bir çarə qıldılar. Onlar düşündülər ki, əgər pilot sensorlu monitordan istifadə etmək istəməsə o niyə onun gözünü narahat etməlidir ki? Bu səbəbdən onu açılan ekranlı edib istifadəsi labüd olmadıqda panelin içində gizlətdilər. Sensor paneli lazım olanda üzə çıxır və menyusunda geniş imkanlar təqdim edir. Apple CarPlay, Android Auto, naviqasiya və s.
Bəlkə də 33 Stradale tarixdən retro-futuristik elementləri gətirməklə avtomobil dizaynında yeni bir cığır açacaqdır?!. Gözləyək, baxaq...