Ana Səhifə
Elanlar
Şirkətlər
Xidmətlər
Giriş

Niyə Ford F-150 Raptor?

27 Avqust 2023, 13:23 Niyə Ford F-150 Raptor?

Sosial Media Hesablarında Paylaş:

     Bu məqalədə Ford Raptorun müxtəlif xüsusiyyətləri və ona sahib olmağın müxtəlif səbəblərini sıralamağa çalışacaq, bu yırtıcının (raptor) ətrafında niyə bu qədər söhbət və həyəcan olduğunu anlamağa çalışacağıq.

1. İstehsalçı bu çılğın yolsuzluq avtomobilinin 3.6 litrlik V6 mühərrikinə 450 at gücünü yerləşdirərək dünyadakı bütün yolsuzluq avtomobillərinə meydan oxumuşdur.

2. Tam yolsuzluq avtomobillərinin içərisində F-150 Raptor öz liderliyini hələ də qoruyub saxlayır.

3. 2.5 ton çəki, 35 duymluq təkərlər ilə 305 mm klirensə sahib raptor 640 kg yük götürərək bütün pikap (pickup) rəqiblərinə nümunə qalmağa davam edir.

4. Rama üzərində konstuksiyalaşdırılmış F-150 Raptor 70-lik boru qalınlığında amortizatorlarla (Fox Racing) təchiz edilərək dünyanın bütün quru sərhədlərini qət etmək üçün yaradılmışdır.

5. Sadə vətəndaşı özünü zirehli döyüş nəqliyyatında hiss etdirən nadir güc aqreqatlarından biridir.

Tək mənfisi tez-tez acımağındadır amma qeyd edilənləri eşidən heç bir raptor həvəskarı  onu bu mənfisinə görə qınamır.