Tesla Model X yoxsa Jaguar I-Pace?
10 Oktyabr 2023, 12:42Sosial Media Hesablarında Paylaş:
Nəyə görə Tesla yox Jaguar I-Pace?
İlk elektrik avtomobili adı altında gözəl təqdimatı ilə Tesla yadda qalmağına baxmayaraq hər ilkin uğurlu olmadığını da biz tarixdən çox görmüşük. Bəs Tesla ilə Jaguarı nə ayırır? Və ya Jaguarın digər elektrik avtomobillərindən fərqli nəyi vardır? Bu suallara aşağıda toxunmağa çalışacağıq.
Jaguar I-Pace və bu markanın fərqli yanaşması
Bildiyiniz kimi Jaguar şirkət olaraq avtomobil bazarında mövcudluğunun bütün dövrlərində elektronikaya ən çox müraciət edən marka olaraq statusunu hər zaman qorumuşdur. Bu mübarizə xəttində Land Rover də vardır. Tesla ilk olaraq tam elektrik avtomobil istehsal etməsinə baxmayaraq onun avtomobil tarixi yoxdur və bu da hal hazırkı Tesla modellərində özünü göstərir. Avtomobil tarixi olub da Tesla kimi elektrik avtomobili istehsalını konseptdən gerçəyə çevirən bir şirkət olmasıdır Jaguarı digər bütün markalardan fərqləndirən. O mövcud modellərə elektrik mühərriki yerləşdirmədi, tam yeni elektrik avtomobili yaratdı.
Bəs BMW iX, Mercedes-Benz EQE və Audi Q8 e-tron ilə Jaguar I-Pace necə rəqabət aparır?
Çox maraqlı suala aşağıdakı siyahı ilə cavab tapmaq olar
1. BMW iX - 88.095$
2. Tesla Model X - 81.630$
3. Mercedes-Benz EQE - 80.000$
4. Audi Q8 e-tron - 75.595$
5. Jaguar I-Pace - 73.275$
Amerika bazarında digər 4 güclü markanın arasında 2024 modelləri üzrə qiymət strategiyası ilə rəqabət aparan Jaguar reytinq (müştəri tərcihi) olaraq Tesladan daha öndədir. Bu çox önəmli göstərici sayılır. 10 üzərindən 6.5 Teslada, 7.5 isə Jaguardadır.
Performans göstəricilərini necə müqayisə etmək olar?
Təbii ki, klassik ən-ənə olaraq "Drag Racing"in təşkil edilməsini biz də istərdik amma bu Çeteris Paribus yanaşması tələb etdiyi üçün sadə müqayisə etməyi seçdik. Jaguarın 3.0 litr həcmli benzin mühərrikə sahib F-Pace 395 at gücü, tam elektrik I-Pace 394 at gücü olmağına baxmayaraq performans göstəricisi elektrik mühərrikinin daha çevik reaksiyalara sahib olduğunu göstərir. 100 km-də yenə I-Pace (4.3 saniyə) 1 saniyə ilə F-Pace i qabaqlayır.
Sürüş təəssüratlarını isə 2024 modelinin istehlakçısı tərəfindən sonrakı aylarda əldə etməyi güman edirik. Hər kəsə təhlükəsiz sürüş diləyirik.