Ana Səhifə
Elanlar
Şirkətlər
Xidmətlər
Giriş

Land Rover Defender 2024 - Lüks yoxsa Güc?

11 May 2024, 3:30 Land Rover Defender 2024 - Lüks yoxsa Güc?

Sosial Media Hesablarında Paylaş:

Niyə Land Rover Defender?

Lüks yoxsa Güc

Zahirən zirehli güc avtomobili təəssüratı yaradan bu ingilis markasının 2024 yeniliklərindən qısa bəhs etməyə çalışacağıq. İlk növbətə qeyd etmək istərdik ki,  avtomobilin D300 mühərriki D350 ilə əvəz edilərək aqreqatın çəkim qüvvəsinə 49 at gücü əlavə edilərək 345-ə çatdırılmışdır. Eyni artım 700 Nm fırlanma anında da öz əksini tapır. Lakin bütün bu dəyişikliklər bu modelin prestijinə çəkilən xərcin çox az bir hissəsini təşkil edir.

Signature Interior Pack

Yeni “Signature Interior Pack” paketi ilə JLR konserni öz sinfinə konfort etalonu yaratmaq fikrindədir. Mühəndislər bunun üçün hətta ramanı qurban verərək onu alyuminium D7x monokok ilə əvəz ediblər. Bu ciddi dəyişiklik lyuks yoxsa güc sualını öz-özlüyündə cavablandırır. Əlavə olaraq Defender 130 da “Captain’s Chairs Pack” ilə ikinci cərgədə kapitan oturacaqları yaradaraq rahatçılığın üstünlüyünə bir daha vurğu ediblər.

Sedona Edition

Arizonanın Sedona şəhərindən ilhamlanan mühəndislər bu spesifik versiyaya həmçinin “Sedona Red” qırmızı kuzov, 22 duymluq disklər, qara radiator barmaqlıqları və qoruyucular verərək cəlbediciliyə vurğu etmişlər. Land Rover istehsalında ilk dəfə olaraq bu modeldə - Satin Protective Film istifadə edilmişdir. Poliuretandan hazırlanan bu material kuzova dəyə biləcək cızıq və digər yüngül zədələrin qarşısının alınması üçün tətbiq edilir. Bu bazada yığılan Defender 110 X-Dynamic HSE modelinin İngiltərə bazarında hal hazırkı dəyəri 105 min dollardır.