Ana Səhifə
Elanlar
Şirkətlər
Xidmətlər
Giriş

Ford Puma 2023-cü ilin 1-cisi oldu

10 Yanvar 2024, 1:33 Ford Puma 2023-cü ilin 1-cisi oldu

Sosial Media Hesablarında Paylaş:

Birləşmiş Krallığın 1 nömrəsi

Pandemiyadan sonra yüksək sürətlə inkişaf tendensiyası nümayiş etdirən Birləşmiş Krallığın avtomobil bazarında 2 mln dan çox avtomobil satılmışdır. İngiltərə bazarının ciddi rəqabət şərtlərini nəzərə alaraq ilk 10-luğa düşən avtomobillər diqqətimizi çəkdi və onları sizinlə paylaşmaq qərarına gəldik.

2023-c ilin satışlarına görə Birləşmiş Krallığın ilk 10-luğu

10-cu yer 29,984 satışla – Vauxhall (Opel) Mokka

9-cu yer 30,159 satışla – Audi A3

8-ci yer 31,745 satışla – Nissan Juke

7-ci yer 33,385 satışla – Mini

6-cı yer 34,469 satışla – Hyundai Tucson

5-ci yer 35,899 satışla – Tesla Model Y

4-cü yer 36,135 satışla – Kia Sportage

3-cü yer 40,816 satışla - Vauxhall (Opel) Corsa

2-ci yer 43,321 satışla – Nissan Qashqai

1-ci yer 49,591 satışla – Ford Puma

Bəs Ford Pumanı fərqləndirən nədir?

Puma kiçik qardaşı fiestanın davamçısıdır amma artıq böyümüşdür. Klirensi 37 mm artaraq 167 mm olmuşdur. Təkərlər arası baza 2493-dən 2588-ə artım göstərmişdir. Çəkisi isə 100 kg artaraq 1179-dan 1280-ə çatmışdır. Motor həcmi (1.0 l), at gücü isə (125) əvvəlki performansı saxlamaqdadır. Bu kiçik dəyişiklik bir avtomobili bazarın liderinə çevirə bilərmi?

Birləşmiş Krallığın avtomobil sektorunun satış trendi

İlk 10-luqda olan avtomobillərdən göründüyü kimi bazarda liderliyi kiçik həcmli SUV-lər tutur. Və ikinci əsas nyuans isə elektrikləşməyə meyillilikdir. Puma həmçinin öz qardaşlarının (EcoSport və Kuga, Escape) da bazar payından almışdır. Amma üstünlüyün yeni 10 pilləli ötürücü qutuda olmadığı da aydın şəkildə bəllidir. Yəqin ki, onu qabağı çəkən balanslaşdırılmış dinamika, 48 voltluq mild-hybrid dəstəkçi, 197 at güclü ST versiya və avropanın gözünü oxşaya bilən alman dizaynı olmuşdur. Səbəblər dəqiq olmasa da nəticə dəyişmir, Ford Puma ilk 10-luğun birincisidir.