Ana Səhifə
Elanlar
Şirkətlər
Xidmətlər
Giriş

Lamborghini Lanzador, elektrik mühərrikli kros-kupe.

25 Avqust 2023, 14:24 Lamborghini Lanzador, elektrik mühərrikli kros-kupe.

Sosial Media Hesablarında Paylaş:

“Lanzador” Lamborghini model cərgəsinin elektrik motorlu bir nümayəndəsi olacaq. Model 3 qapılı crossover coupe şəklində dizayn edilmiş, öndə 6 bucaqlı baqajla bərabər 4 sərnişin daşıma gücünə sahib olacaqdır. Bu yeniliyin tanıtımı “Lamborghini” həvəskarlarının adəti üzrə yığışdıqları Monterrey Avtomobil Həftəsi (ABŞ, Kaliforniya əyaləti) ilə üst-üstə düşmüşdü. Hal hazırda “Lanzador” bir prototip olaraq mövcuddur və satışa tam hazır görünür. Bəlkə istifadə olunan son texnoloji həllər sayəsində heç yan güzgülərə ehtiyac da olmayacaq. Təbii ki, yeniliklərlə bağlı ən doğru məlumatı “Lamborghini”-nin rəsmi web səhifəsindən əldə etmək mümkündür.

Formatına görə Drako Dragon, Laffite Atrax və Aehra SUV layihələrinə çox bənzərlik təşkil edir. Elektrik mühərriki çox yer tutmadığından sürücü ayaqları daha rahat olur və bu da salona genişlik əlavə edir. Arxa baqajın həcmi arxa oturacaqların qatlanması ilə geniş imkanlar vəd edir. Yan güzgülərdən əlavə diqqəti cəlb edən mərkəzi monitorun olmamasıdır. İstehsalçı sürücünün önündəki monitordan istifadənin kifayət olduğunu modelin interyerində əks etdirir. Arxa kameralardan görüntünü avtomobilin ön şüşəsinin aşağı künclərindəki monitorlarına verən müşahidə sistemi isə yan güzgüləri tamlıqla əvəz edir.

Hələ keçən ilin payızında  Lamborghininin baş direktoru Stefan Vinkelman Britaniya jurnalı Auto Express-ə bildirmişdi ki, bu modelin kütləvi istehsalı 2028-ci ilə planlaşdırılır.  Buna əlavə olaraq tam elektromobil Urusun 2029-da işıq üzü görəcəyini, digər modellərin hibridləri isə indidən prosesdə olduğunu bildirmişdir. Bu ilin martında plug-in hibrid Revuelto isə mövcud Aventadoru artıq əvəz etməyə başlayıb.