Ana Səhifə
Elanlar
Şirkətlər
Xidmətlər
Giriş

İstifadəçi Razılaşması

  1. 1. Ümumi müddəalar
    1. 1.1 Bu Razılaşma avtokira.com saytının İstifadəçiləri tərəfindən istifadə şərtlərini müəyyən edir.
    2. 1.2 İstifadəçi Razılaşmasının məqsədləri üçün aşağıda göstərilən terminlər aşağıda göstərilən mənada tətbiq olunur:
    3. 1.3 Elektron xidmət — İnternet şəbəkəsində https://avtokira.com/ ünvanında yerləşdirilmiş İnternet-resursu (sayt), müxtəlif əməliyyat sistemləri əsasında sayta əlavələr və başqa xidmətlər, həmçinin proqram təminatıdır, saytın, əlavələrin və başqa xidmətlərin dizaynı (qrafiki tərtibatı), məlumat bazası, xidmətlərin istənilən bölməsi (yarımbölmələri), həmçinin xidmətlərdə Administrasiya və İstifadəçilər tərəfindən yerləşdirilmiş informasiyadır.
    4. 1.4 Rəhbərlik — Xidmətin inzibatçılığını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və qeydiyyatdan keçmiş “Alken MMC” Şirkəti həyata keçirir. Sayt və onun xidmətlərinə dair bütün mülkiyyət hüquqları müstəsna olaraq Şirkətə aiddir.
    5. 1.5 İstifadəçi — razılaşma şərtlərini qəbul etmiş və saytın xidmətlərindən istifadə edən istənilən hüquq səlahiyyəti olan şəxsdir.
    6. 1.6 Şəxsi kabinet — bu İstifadəçinin mühitinin İstifadəçi tərəfindən müəyyən edilmiş (yerləşdirilmiş) məlumatlar və qurmalar məcmusudur. Hər hansı bir İstifadəçinin yalnız bir Şəxsi kabinetə malik olmaq hüququ var.
    7. 1.7 Şəxsi hesab — İstifadəçiyə aid olan və yalnız avtokira.com saytı çərçivəsində ödənişlər üçün istifadə oluna biləcək vəsaitlərin qalığının uçotu üçün hesab.
    8. 1.8 İstifadəçinin şəxsi informasiyası — İstifadəçi haqqında məlumatlardır və ya məlumatlar məcmusudur ki, İstifadəçi özü haqqında, İstifadəçinin şəxsi məlumatları, saytın xidmətlərindən istifadə prosesində web developer heyətinə avtomatik olaraq ötürülən informasiya, o cümlədən IP-ünvan, cookie-dən informasiya, İstifadəçinin brauzeri haqqında digər elektron məlumatlardır.
    9. 1.9 İnformasiya — Saytda İstifadəçi və ya web developer heyəti tərəfindən yerləşdirilmiş istənilən informasiyadır.
    10. 1.10 Spam — alanlar tərəfindən kütləvi, icazə verilməyən və/və ya gözlənməyən reklam, informasiya, təşviqat və ya başqa xarakterli poçt və başqa göndərilmələrdir.
    11. 1.11 VIP elan — Elanların üst hissədə görsənməsi üçün tətbiq olunan ödənişli xidmət
  2. 2. Razılaşmanın tərəfləri — Saytın rəhbərliyi və İstifadəçidir.
    1. 2.1 Həmin İstifadəçi Razılaşmasında istifadə olunan və "Terminlər" bəndində əksini tapmayan istənilən terminlər və anlayışlar, İstifadəçi Razılaşmasının mətnindən yaranan mənaya müvafiq olaraq izah ediləcəkdir. İstifadəçi Razılaşmasında istifadə edilən terminin izah edilməsi barədə istənilən fikir ayrılıqlarının yaranması halında saytın rəhbərliyi tərəfindən müəyyən edilən izah etmə tətbiq ediləcəkdir.
    2. 2.2 Sayt xidmətlərindən və web alətlərdən istifadə edilmə qüvvədə olan qanunvericiliyin normaları, həmçinin də hazırkı Razılaşma ilə tənzimlənir.
    3. 2.3 Hazırkı Razılaşma ictimai ofertadır.
    4. 2.4 Saytın xidmətlərindən istifadə edərək, İstifadəçi hazırkı Razılaşmaya qoşulur və onun sayt xidmətlərindən istifadə üzrə təlimatlarına riayət etmək şərtlərini və öhdəliklərini qəbul edir.
    5. 2.5 Şirkət adından saytın xidmətlərindən istifadə halında belə şirkət hazırkı Razılaşmanı və onun şərtlərini qəbul edir.
    6. 2.6 Saytın rəhbərliyi istənilən vaxt birtərəfli qaydada hazırkı Razılaşmanın şərtlərini dəyişdirmək hüququna malikdir.
    7. 2.7 İstifadəçinin hazırkı Razılaşmanın şərtləri ilə və ya ona daxil edilmiş dəyişikliklərlə razılaşmadığı halda o sayta girişdən imtina etməli, saytın xidmətlərindən istifadə etməsini dayandırmalıdır.
    8. 2.8 Bununla Saytın rəhbərliyi İstifadəçilərə saytın xidmətlərindən istifadə etməklə elanların yerləşdirilməsi və axtarışı üzrə xidmətləri təklif edir.
    9. 2.9 Ayrı xidmətlərin verilməsi xüsusi qaydalarla və/və ya razılaşmalarla tənzimlənə bilər.
    10. 2.10 İstifadəçi o haqda müddəanı qəbul edir ki, saytın bütün materialları və xidmətləri və ya onların istənilən hissəsi reklamla müşayiət oluna bilər. İstifadəçi onunla razıdır ki, Saytın rəhbərliyi hər hansı məsuliyyəti daşımır və belə reklamla əlaqədar hər hansı öhdəlikləri yoxdur.
    11. 2.11 Saytda qeydiyyat könüllüdür. Saytda qeydiyyat zamanı İstifadəçi saytın xidmətlərindən istifadə etmiş olur. Saytın rəhbərliyi İstifadəçidən onun qeydiyyat vaxtı göstərdiyi məlumatların təsdiqlənməsini və təsdiqləyici sənədləri istənilən vaxt tələb etmək hüququnu özündə saxlayır.
    12. 2.12 İstifadəçi öz parolunu gizli saxlamağı öhdəsinə götürür. İstifadəçi öz elektron ünvanından və paroldan istifadə ilə etdiyi fəaliyyətlərə, həmçinin də İstifadəçinin Şəxsi kabinetində yerinə yetirilən hərəkətlərə görə məsuliyyət daşıyır. İstifadəçi saytın xidmətlərindən yalnız öz şəxsi elektron ünvanından və parolundan istifadə ilə istifadə etmək hüququna malikdir. Əgər İstifadəçidə onun Şəxsi kabinetinə icazəsiz daxil olma haqqında şübhələnməyə əsaslar varsa, İstifadəçi öz parolunu sərbəst dəyişməyi öhdəsinə götürür.
    13. 2.13 Saytın rəhbərliyi istifadəçilər tərəfindən qeydiyyat və/və ya avtorizasiya zamanı verilən informasiyanın düzgünlüyünün yoxlanması üçün xüsusi texniki qərarlardan istifadə etməkdə haqlıdır.
    14. 2.14 Saytın rəhbərliyi zəmanət verə bilməz ki, istifadəçi həqiqətən təqdim edildiyi kimidir, Saytda qeydiyyat zamanı istifadəçi tərəfindən verilmiş informasiya isə doğrudur.
    15. 2.15 İstifadəçiyə bunun üçün Saytda mümkün olan bütün alətlərdən istifadə edərək mümkün kontragentlərlə ünsiyyət saxlamağa tövsiyə edilir.
    16. 2.16 Saytın rəhbərliyinə öz şəxsi mülahizəsi üzrə İstifadəçinin hazırkı Razılaşmanın şərtlərini pozan xidmətlərinə girişi dayandırmaq hüququnu özündə saxlayır.
    17. 2.17 İstifadəçi tərəfindən başqa şəxslərin hüquqlarının və ya qüvvədə olan qanunvericiliyin pozması halında, həmçinin başqa səbəblərdən öz istədiyi kimi, Sayt İstifadəçinin girişini məhdudlaşdırmaq və ya dayandırmaq hüququna malikdir.
    18. 2.18 İstifadəçi, hansının ki, xidmətlərə girişi dayandırılmışdır, və ya hansının ki, məlumatları etibarsızdır, Saytın rəhbərliyinin xüsusi icazəsi olmadan təkrar olaraq qeydiyyatdan keçmək hüququna malik deyildir. Belə İstifadəçi həmçinin Sayta və onun xidmətlərinə giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüquqlarına malik deyildir.
  3. 3. Sayt və elanlarla bağlı
    1. 3.1 Elanın saytda göstərilmiş şərtləri və ya kira verilməsi şərtləri və nəqliyyat vasitəsinin təsviri, həmçinin elanın başqa şərtləri, həm elanın yerləşdirilməsi vaxtı, həm də gələcəkdə qüvvədə olan qanunvericiliyə və hazırkı Razılaşmaya zidd olmamalıdır. Əgər elanın hər hansı şərti qüvvədə olan qanunvericiliyə və ya hazırkı Razılaşmaya (dəyişdirilmiş və ya güncəlləşmiş qanunvericiliyə və ya razılaşmaya) uyğun deyilsə belə şərtlər və ya belə elan İstifadəçi tərəfindən elə tamamlanmalı və ya dəyişdirilməlidir ki, istənilən uyğunsuzluqlar aradan qaldırılsın. Elan dəyişdirilmiş və/və ya güncəllənmiş qaydalara uyğun deyilsə belə elan İstifadəçi tərəfindən silinməlidir. Hazırkı bənddə göstərilmiş hadisələrin yaranması aşkarlanarsa belə elanların düzəlişi və ya silinməsi üzrə hərəkətləri Saytın rəhbərliyi İstifadəçinin ilkin xəbərdarlığı olmadan həyata keçirmək hüququnu özündə saxlayır.
    2. 3.2 Saytda nəşri qüvvədə olan qanunvericiliyi pozan, əxlaqın hamı tərəfindən qəbul edilmiş normalarına zidd olan, təhqiredicidir və ya yersiz, həmçinin də üçüncü şəxslərin hüquqlarını pozan elanların yerləşdirilməsi qadağan edilir. İstifadəçi əmin olmalıdır ki, təklif və ya elan qüvvədə olan qanunvericilik və hazırkı Razılaşmanın şərtlərini pozmur.
    3. 3.3 İstifadəçi qanunvericilik və ya beynəlxalq hüququn normaları pozulması kimi baxıla bilən hərəkətləri, o cümlədən intellektual mülkiyyət, müəlliflər və/və ya yanaşı hüquqlar sahəsində, həmçinin Saytın normal işinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara biləcək istənilən hərəkətləri, təşəbbüs etməməyə razılaşır.
    4. 3.4 Nəqliyyat vasitələri barəsində bütün sazişlər İstifadəçilər arasında birbaşa bağlanılır. Sayt onun vasitəsi ilə İstifadəçilər tərəfindən həyata keçirilən sazişlərin iştirakçı və/və ya vasitəçisi deyildir. Saytın rəhbərliyi belə sazişlərə nəzarət etmir və onlara görə məsuliyyət daşımır.
    5. 3.5 İstifadəçinin Saytdakı şərhləri və başqa qeydləri qanunvericiliyin tələbləri və əxlaqın hamı tərəfindən qəbul edilmiş normaları ilə münaqişəyə girməməlidir.
    6. 3.6 İstifadəçinin Saytdakı şərhləri və başqa qeydləri qanunvericiliyin tələbləri və əxlaqın hamı tərəfindən qəbul edilmiş normaları ilə münaqişəyə girməməlidir. İstifadəçi o haqda xəbərdarlıq edilmişdir ki, Saytın rəhbərliyi onun tərəfindən xarici resurslara girişə və istifadəyə görə məsuliyyət daşımır, hansılara ki, dair istinadlar Saytda ola bilər. Saytın rəhbərliyi elanların məzmununa, başqa resurslara istinadlar və elanların təsvirində göstərilmiş başqa informasiyaya görə məsuliyyət daşımır.
    7. 3.7 İstifadəçi tərəfindən verilmiş elanları, məlumatları və informasiyanı dərc etmək hüququnun Saytın rəhbərliyi tərəfindən alınması məqsədi ilə İstifadəçi Saytın rəhbərliyinə hər yerdə qüvvədə olan, müddətsiz, qaytarılmaz, qeyri-müstəsna istifadə, yayılma, nəşr, yığım, işlənmə, nümayiş, surət çıxarma, təkrarlama hüququnu, məlumatların, təsvirlərin, şəkillərin, video və audio materialların, məlumat bazalarının, nəşrlərin, müəllif hüquqlarının və intellektual mülkiyyət hüquqlarının, həmçinin İstifadəçi tərəfindən bütün məlum olan və ya məlum olmayan informasiya daşıyıcılarında istənilən başqa informasiyanın yenidən hasili hüququnu verir. Yuxarı sadalanmış hüquqlar Saytın rəhbərliyinə pulsuz verilir. İstifadəçi Saytın bütün İstifadəçilərinə özü tərəfindən yerləşdirilmiş informasiyaya giriş hüququ verir. Əlavə olaraq İstifadəçi Saytda onun tərəfindən yerləşdirilmiş materiallara istənilən intellektual mülkiyyət hüquqlarına malikdir.
    8. 3.8 İstifadəçi tərəfindən istənilən informasiyanın və məlumatların verilməsi ilə əlaqədar olaraq üçüncü şəxslərin hüquqlarının pozulmasına görə Sayt məsuliyyət daşımır.
    9. 3.9 Saytın istifadəçisi Saytın təlimatlarına uyğun olaraq elanları yerləşdirməyi, nəqliyyat vasitəsi və onun kirayə verilməsi şərtləri haqqında etibarlı və tam informasiyanı verməyi öhdəsinə götürür. İstifadəçi elanda göstərilmiş nəqliyyat vasitəsi haqqında informasiyanı yoxlamalı və, səhv və ya natamam məlumatlar aşkar edildikdə, elandakı lazımlı məlumatları düzəltməli və ya tamamlamalıdır.
    10. 3.10 Nəqliyyat vasitəsi ilə elanı yerləşdirərək, İstifadəçi təsdiq edir ki, o elanda göstərilmiş hərəkətlərin belə Nəqliyyat vasitəsi barəsində həyata keçirmək hüququna malikdir.
    11. 3.11 İstifadəçi təsdiq edir ki, Saytda elanlarda informasiyanın və məlumatların yerləşdirilməsinə, bütün lazımlı hüquqlara, lisenziyalara, icazələrə malikdir, bütün patentlər, ticarət markaları, ticarət sirləri, intellektual mülkiyyət hüquqları daxil olmaqla, və ya uyğun olan yazılı razılığa, lisenziyaya və ya üçüncü şəxslərin onların adlarından, təsvirlərdən və ya başqa obyektlərdən istifadə üçün icazəsinə malikdir.
    12. 3.12 Saytın moderatorları və rəhbərləri İstifadəçidən yerləşdirilmiş nəqliyyat vasitəsi haqqında əlavə məlumatı və/və ya İstifadəçi tərəfindən verilmiş məlumatları təsdiqləyən sənədləşməni tələb etmək hüququna malikdir. Saytın moderator və rəhbərləri belə sənədləşmənin və ya informasiyanın verilməsinə qədər nəşri saxlamaq hüququna malikdir.
    13. 3.13 İstifadəçi Saytda ona istənilən aid olan nəqliyyat vasitəsi, bu şərt ilə ki, bunun üçün xüsusi icazələr tələb olunmur, həmçinin istifadənin qüvvədə olan qaydalarına riayət etmə şərti ilə, kirayə vermək hüququna malikdir.
    14. 3.14 Xidmətlərin yüksək keyfiyyətini dəstəkləmək üçün, Saytın rəhbərliyi Saytda İstifadəçinin aktiv elanlarının miqdarını məhdudlaşdırmaq, həmçinin Saytda İstifadəçinin hərəkətlərini məhdudlaşdırmaq hüququnu özündə saxlayır.
    15. 3.15 Elanda nəqliyyat vasitəsi İstifadəçi tərəfindən göstərilmiş təsviri bu nəqliyyat vasitəsini kirayə vermə şərtlərini təşkil edir.
    16. 3.16 Pullu xidmətlərdən istifadə zəmanət vermir ki, elan hazırkı Razılaşmanın pozulması zamanı Saytın rəhbərliyi tərəfindən bloklanmayacaqdır. Elanların yerləşdirilməsi qaydalarının pozulması halında ödənclər qaytarılmır.
    17. 3.17 Elanda satış, istifadə haqqında təklifləri və ya mallar və xidmətlər haqqında başqa informasiyanı saxlayan internet-saytların səhifələrinə istinadları qoymaq qadağandır.
    18. 3.18 İstifadəçi qüvvədə olan qanunvericiliyə əsasən elanların məzmununa görə tam və xüsusi məsuliyyəti daşıyır.
  4. 4. Ödənişli xidmətlər
    1. 4.1 İstifadəçilər Saytda aşağıdakı ödənişli xidmətləri sifariş edə bilərlər.
    2. 4.1.1 VIP
    3. 4.1.2 Elan limiti
    4. 4.1.3 Elanın bərpası
    5. 4.2 Xidmətlər barəsində qiymətlər, həmçinin ödənişli xidmətlərin sifariş qaydası Saytın müvafiq səhifələrində göstərilmişdir.
    6. 4.3 Saytın xidmətlərini ödəmiş İstifadəçi vəsaitlərin qaytarılması xahişi ilə Saytın rəhbərliyinə müraciət etmək hüququna malikdir. Pul vəsaitlərinin qaytarılmasında razılıq və ya imtina haqqında qərar birtərəfli qayda ilə Saytın rəhbərliyi tərəfindən qəbul edilir.
    7. 4.4 Saytın rəhbərliyi İstifadəçi hazırkı Razılaşmanın şərtlərini müntəzəm pozursa pul vəsaitlərinin İstifadəçiyə qaytarılmasında imtina etmək hüququna malikdir.
    8. 4.5 Saytın rəhbərliyi İstifadəçi əgər xidmət aktivləşdirilmiş və həmçinin əgər elan moderasiyadan sonra silinmişdirsə pul vəsaitlərinin İstifadəçiyə qaytarılmasında imtina etmək hüququna malikdir
    9. 4.6 Ödəmə sistemində hər hansı nasazlıqların yaranması halında Sayt İstifadəçilərin vasitəsilə xidmətlərini ödəyən ödəmə sistemlərinin işinə görə məsuliyyət daşımır. Pul vəsaitlərinin bu halda qaytarılması haqqında məsələ fərdi qaydada həll edilir.
    10. 4.7 Digər hallarda Saytın rəhbərliyinin qərarı ilə.
    11. 4.8 Pul vəsaitlərinin qaytarılma qaydası Saytın rəhbərliyi və İstifadəçi arasında hər bir konkret hal üçün müəyyən edilir.
    12. 4.9 Geri qaytarılmalı olan pul vəsaitləri 30 gün ərzində istifadəçinin hesabına köçürülür.
  5. 5. Ünsiyyət, xəbərləşmə və məlumatlandırma
    1. 5.1 Saytın rəhbərliyi İstifadəçilərə onların tərəfindən göstərilmiş elektron poçt ünvanlarına və ya telefon nömrələrinə elektron məktubları və/və ya qısa xəbərləri (SMS mesajları) göndərmək hüququna malikdir. Saytın mesajları Saytda dərc edilə bilər.
    2. 5.2 Əlavə olaraq İstifadəçi anlayır, qəbul edir və razılaşır ki, belə məktublarla və mesajlarla və/və ya onların ayrı hissələri reklam xarakterinə malik ola bilər, həmçinin də özündə reklam, informasiya və başqa elanları saxlaya bilər.
    3. 5.3 Saytda dərc edilmiş mesajlar onların dərc edildiyi anından İstifadəçiyə çatdırılmış hesab edilir.
    4. 5.4 Saytın rəhbərliyi başqa İstifadəçilər tərəfindən istifadəyə və/və ya Saytda mesajların forma üzrə yerləşdirilmiş avtomatlaşdırılmış sistemlərlə (robotlarla) göndərilməsinə görə məsuliyyət daşımır.
    5. 5.5 Saytın rəhbərliyi başqa İstifadəçilər və/və ya robotları tərəfindən Saytın səhifələrində İstifadəçi tərəfindən yerləşdirilmiş telefon nömrələrindən və elektron ünvanlarından istifadəyə görə məsuliyyət daşımır.
    6. 5.6 İstifadəçi təsdiqləyir ki, Saytın rəhbərliyi İstifadəçilərə məktub və mesajları göndərmək məqsədləri üçün elektron poçt ünvanlarını və telefon nömrələrini üçüncü şəxslərə vermək hüququna malikdir.
    7. 5.7 İstifadəçinin Saytın rəhbərliyi və ya Saytın moderatorları ilə yazışması saytda göstərilən electron poçt qutusu vasitəsi ilə həyata keçirilir.
    8. 5.8 İstifadəçiyə Saytda moderatorların və Saytın rəhbərliyinin hərəkətləri haqqında şərhlər, müzakirələr və başqa yazıları qoymaq qadağandır.
    9. 5.9 İstifadəçi müvafiq sorğunu göndərib öz telefon nömrəsinə və ya elektron ünvanına mesajların alınmasından istənilən vaxt imtina edə bilər.
  6. 6. İstifadəçi öhdəsinə götürür
    1. 6.1 Saytın infrastrukturunu böyük yüklənməyə gətirib çıxara bilən heç bir hərəkətə təşəbbüs etməməyi;
    2. 6.2 Saytın rəhbərliyinin ilkin yazılı icazəsi olmadan Saytda olan istənilən informasiyanı köçürməməyi, təkrar etməməyi, dəyişdirməməyi, yaymamağı və ictimaiyyətə təqdim etməməyi;
    3. 6.3 Sayta girişə maneə olmaq və ya məhdudlaşdırmaq məqsədi ilə Saytın işinə maneə olmamağı, həmçinin avtomatik sistemlərin və ya proseslərin hərəkətinə maneə olmamağı;
    4. 6.4 İstifadəçi verilən xidmətləri dəstəkləməməyi və haqqında informasiyanı yaymamağı öhdəsinə götürür.
    5. 6.5 İstifadəçi başqa ticarət meydançaları, internet-hərracları və/və ya internet mağazaları barədə link, sayt və ya digər informasiyanı yerləşdirməməyi boynuna götürür.
    6. 6.6 İstifadəçi saytda həmin və ya daha az ödənişlə təqdim edilmiş malları və xidmətləri təklif edən başqa xidmətlər barəsində informasiyanı yerləşdirməməyi boynuna götürür.
    7. 6.7 İstifadəçi Saytın rəhbərliyinin yazılı icazəsi olmadan Sayta girişin alınması üçün avtomatik proqramlardan istifadə etməməyi öhdəsinə götürür.
    8. 6.8 Saytın rəhbərliyinin yazılı icazəsi olmadığı halda Elanları yerləşdirməyə icazə verən kompüter proqramlarından istifadəsi ilə elanların yerləşdirilməsinin say limitini keçmək qadağandır.
    9. 6.9 İstifadəçi tərəfindən verilmiş məlumatlar yanlış, qeyri-dəqiq, aldadıcı olmamalıdır.
    10. 6.10 İstifadəçinin saytda hərəkətləri aldadıcı olmamalıdır.
    11. 6.11 İstifadəçinin saytdakı məlumatları və onun hərəkətləri dələduzluğa, aldatmağa və ya etimaddan sui-istifadəyə imkan yaratmamalıdır
    12. 6.12 İstifadəçinin saytdakı məlumatları və onun hərəkətləri oğurluq və ya saxta əşyalarla sazişlərin bağlanmasına aparmamalıdır
    13. 6.13 İstifadəçinin saytdakı məlumatları və onun hərəkətləri üçüncü şəxsin mülkiyyətini pozmaq və ya onun ticarət sirrinə və ya onun şəxsi həyatına toxunulmazlıq hüququna qəsd etməməlidir
    14. 6.14 İstifadəçinin saytdakı məlumatları və onun hərəkətləri özündə kiminsə şərəfini, ləyaqətini və ya işgüzar reputasiyasını təhqir edən məlumatları saxlamamalıdır
    15. 6.15 İstifadəçinin saytdakı məlumatları və onun hərəkətləri özündə kimə qaşı olursa olsun böhtan və ya təhdidləri saxlamamalıdır
    16. 6.16 İstifadəçinin saytdakı məlumatları və onun hərəkətləri cinayətin törədilməsinə çağırmamalı, həmçinin millətlərarası düşmənçiliyi qızışdırmamalıdır
    17. 6.17 İstifadəçinin saytdakı məlumatları və onun hərəkətləri terror və ekstremist fəaliyyətə imkan yaratmamalı, ona çağırmamalı və onu dəstəkləməməlidir
    18. 6.18 İstifadəçinin saytdakı məlumatları və onun hərəkətləri ədəbsizlik və ya pornoqrafiya xarakterini daşımamalıdır
    19. 6.19 İstifadəçinin saytdakı məlumatları və onun hərəkətləri özündə kompüter viruslarını saxlamaq, həmçinin də başqa kompüter proqramları, xüsusi halda, ziyanın çəkilməsinə, səlahiyyətsiz müdaxiləyə, gizli ələ keçirməyə və ya istənilən sistemin məlumatlarının və ya sistemin özünün, və ya onun hissəsinin, və ya şəxsi informasiyanın və ya başqa məlumatların (Saytın məlumatları daxil olmaqla) mənimsənməsinə yönəldilmiş olmamalıdır
    20. 6.20 İstifadəçinin saytdakı məlumatları və onun hərəkətləri özündə reklam xarakterli materialları saxlamamalıdır
    21. 6.21 İstifadəçinin saytdakı məlumatları və onun hərəkətləri üçüncü şəxslərin intellektual hüquqlarını, vətəndaşın təsvirinə hüququnu və üçüncü şəxslərin başqa hüquqlarını pozmamalıdır;
    22. 6.22 İstifadəçinin saytdakı məlumatları və onun hərəkətləri qüvvədə olan qanunvericiliyi pozmamalıdır
    23. 6.23 İstifadəçiyə Saytda elanlar yerləşdirmək, xidmətlərdən istifadə etməklə qüvvədə olan qanunvericiliyin pozulmasına gətirib çıxara bilən sazişləri bağlamaq qadağan edilir.
  7. 7. Digər öhdəlik və məsuliyyətlər
    1. 7.1 Saytın rəhbərliyi xüsusi formanı doldurandan sonra bütün qeydiyyatdan keçmiş İstifadəçilərə Saytda elanları yerləşdirmək hüququnu verir.
    2. 7.2 Saytda İstifadəçi tərəfindən göstərilmiş Bütün informasiya (o cümlədən şəxsi məlumatlar), İstifadəçi tərəfindən onun nəqliyyat vasitəsinin və ya digər texnikanın kirayə verilməsi üçün yerləşdirilir.
    3. 7.3 İstifadəçi özü haqqında bu və ya digər informasiyanı ancaq öz maraqlarında, o cümlədən İstifadəçi ilə əlaqənin qurulmasının sadələşdirilməsi və/və ya İstifadəçinin eyniləşdirməsi üçün yerləşdirir.
    4. 7.4 Özü haqqında informasiyanı yerləşdirərək, İstifadəçi anlayır və onunla razılaşır ki, belə informasiya Saytda açıq girişdə yerləşdirilir, yəni tanış olma üçün istənilən müştəriyə və ya Saytın İstifadəçilərinə mümkündür, əlçatandır.
    5. 7.5 İstifadəçi informasiyanın belə yerləşdirilməsi ilə bağlı bütün riskləri anlayır və özünə qəbul edir, o cümlədən, qeyd edilən riskləri öz üzərinə götürür: spam - mesajların göndərilməsi üçün siyahılara elektron poçt ünvanının düşməsi riski, elektron poçt ünvanının müxtəlif növ dələduzlara düşməsi riski, telefon nömrəsinin SMS-spamerlərə və/və ya SMS-dələduzlara düşməsi riski və informasiyanın belə yerləşdirməsindən irəli gələn başqa risklər.
    6. 7.6 Sayt nəqliyyat vasitəsi və ya kirayə verilən hər hansı texnikanın barəsində sazişlərin təşkilatçısı, vasitəçisi, alıcısı, satıcısı və ya iştirakçısı deyildir.
    7. 7.7 Sayt onun İstifadəçiləri tərəfindən sazişlərin bağlanmasına və icrasına (həyata keçirilməsinə), sazişlərin bağlanması nəticəsində vurulmuş ziyana, itmiş xeyirlərə, gəlirlərə, maliyyə zərərlərinə və ya vasitəli, faktiki, kənar və ya cərimə zərərlərinə, həmçinin hər hansı şəxsin qanunsuz əməllərinə görə məsuliyyət daşımır.
    8. 7.8 Saytın xidmətlərindən istifadə etməklə İstifadəçi razılaşır və təsdiqləyir ki, O, məsuliyyəti öz üzərinə götürərək saytın təqdim etdiyi xidmətlərdən istifadə edir. Saytda yerləşdirilmiş elanların istifadəsi ilə bağlı bütün riskləri istifadəçi özü daşıyır.
    9. 7.9 Sayt İstifadəçilərə kirayə verilməsi və/və ya əldə edilməsi qanunla, hazırkı Razılaşma ilə və Saytdan istifadənin başqa qaydaları ilə icazə verilmiş Mallar barəsində elanları yerləşdirmək imkanı verən alətdir.
    10. 7.10 Sayt, onun texniki heyəti, saytın rəhbərliyi İstifadəçilər tərəfindən yerləşdirilmiş elanları həmişə yoxlamır, nəticədə, keyfiyyət, təhlükəsizlik, qanunilik və nəqliyyat vasitəsinin onun təsvirinə uyğunluğu, həmçinin də istifadəçilərin nəqliyyat vasitəsini kirayə vermək və almaq imkanı Saytın nəzarətindən kənardadır.
    11. 7.11 Sayt, onun texniki heyəti, saytın rəhbərliyi İstifadəçilər tərəfindən elanlarda yerləşdirilən informasiyanın etibarlılığına praktiki olaraq nəzarət edə bilmir.
    12. 7.12 Sayt, onun texniki heyəti, onun rəhbərliyi və əməkdaşlar, Saytda yerləşdirilmiş elanların məzmununa, həmçinin onların etibarlılığına görə heç bir məsuliyyət daşımırlar.
    13. 7.13 Saytın texniki heyəti, onun rəhbərliyi və əməkdaşlar, istənilən xəbərlərin (o cümlədən, İstifadəçilər tərəfindən poçt qutusuna və/və ya mobil telefona alınan), məzmununa görə, həmçinin də İstifadəçilərin əlaqə məlumatlarının başqa istifadəsinə görə, heç bir məsuliyyət daşımırlar.
    14. 7.14 İstifadəçi anlayır ki, Saytda elanın yerləşdirilməsi faktı onun zəmanəti deyil ki, hər hansı nəqliyyat vasitəsi təklifi, kirayə verilməsi və/və ya əldə edilməsi həqiqidir və qanunidir. Sazişin həyata keçirilməsi haqqında qərarı İstifadəçi sərbəst olaraq qəbul edir.
    15. 7.15 Qanunvericiliklə icazə verilmiş dərəcədə, Saytın istənilən iddialar üzrə ümumi məsuliyyəti İstifadəçi tərəfindən Saytın xidmətlərindən istifadəsinə görə və ya (Saytın mülahizəsinə görə) bu xidmətlərin İstifadəçiyə təkrar verilməsi ilə ödənmiş məbləğ ilə məhdudlaşdırılır.
    16. 7.16 İstifadəçi razılaşır ki, İstifadəçinin və başqa İstifadəçilərin və/və ya Saytın müştəriləri arasındakı bütün mübahisələr (o cümlədən sazişlərin həyata keçirilməsi nəticəsində) İstifadəçi Saytın rəhbərliyini cəlb etmədən sərbəst həll edir.
    17. 7.17 Saytın rəhbərliyi Saytın xidmətlərinə üçüncü şəxslərin Saytın rəhbərliyinin razılığı (icazəsi) və/və ya məlumatı olmadan həyata keçirilmiş istənilən girişinə və/və ya İstifadəçilər haqqında istənilən informasiyaya görə (o cümlədən şəxsi məlumatlar), məsuliyyət daşımır.
    18. 7.18 İstifadəçi onunla razıdır ki, Saytın rəhbərliyi İstifadəçi qarşısında Saytın istənilən məzmunu ilə bağlı və/və ya İstifadəçi tərəfindən həyata keçirilmiş sazişlər nəticəsində istənilən mümkün və ya yaranmış itkilərlə və ya zərərlərlə əlaqədar, müəllif hüquqlarının qeydiyyatı ilə və belə qeydiyyat haqqında məlumatlarla, Saytda mümkün olan mallarla və ya xidmətlərlə və ya İstifadəçinin Saytda yerləşdirilmiş informasiyadan istifadə edərək daxil olduğu başqa əlaqələri ilə, məsuliyyət daşımır və birbaşa və ya dolayı öhdəliklərə malik deyildir.
    19. 7.19 Saytın rəhbərliyi Sayta ötürülə bilən və ya Sayt vasitəsilə üçüncü şəxslər tərəfindən çatdırıla bilən istənilən proqram nasazlıqları, sınıqlar və başqa texniki və proqram nasazlıqlarına görə, həmçinin səhvlərə, proqram viruslarına, və s. görə məsuliyyət daşımır.
    20. 7.20 İstifadəçi yalnız qüvvədə olan qanunvericiliyə və hazırkı Razılaşmaya uyğun olaraq hərəkət etməyi, həmçinin qanunvericiliyə uyğun olaraq Saytda və Saytın xidmətlərindən istifadə vaxtı şəxsi hərəkətlərinə və fəaliyyətsizliyinə görə tam məsuliyyət daşımağı öhdəsinə götürür.
    21. 7.21 Saytın bir İstifadəçisinin başqa İstifadəçisi tərəfindən hüquqlarının pozulduğu halda (intellektual mülkiyyət obyektinin qanunsuz istifadəsi və sair), İstifadəçi, kimin ki hüquqları pozulmuşdur, müvafiq şikayət ilə Saytın rəhbərliyinə və ya moderatorlara müraciət edə bilər. Saytın rəhbərliyi şikayətə baxmağı və, onun əsaslı olduğu halda, İstifadəçinin hüquqlarının pozulmasının dayandırılması tədbirlərini görməyi öhdəsinə götürür.
  8. 8. Tərəflərin hüquqları
    1. 8.1 İstifadəçi saytda nəqliyyat vasitəsi barəsində elan yerləşdirərkən seçdiyi fərqlənən üsulla həmin elanı reklam etmək hüququna malikdir.
    2. 8.2 Saytın rəhbərliyi istənilən elanın Saytdan asılı və ya müstəqil səbəblərdən nümayiş müddətlərinin yerini dəyişdirmək, dayandırmaq, bitirmək və ya uzatmaq hüququna malikdir.
    3. 8.3 Saytın rəhbərliyi istənilən vaxt istənilən elanın nümayişini, hazırkı Razılaşmada söylənmiş qaydaları pozan səbəblərdən, həmçinin də başqa İstifadəçilərin hüquqlarını pozan və ya qüvvədə olan qanunvericiliyi pozan səbəblərdən, həmçinin başqa səbəblərdən, dayandırmaq hüququna malikdir.
    4. 8.4 Saytın rəhbərliyi elanlara düzəliş etmək, onları başqa rubrikalara keçirmək, həmçinin İstifadəçilərin elanları ilə istənilən başqa hərəkətləri etmək hüququna malikdir.
    5. 8.5 Saytın rəhbərliyi elanların yerləşdirilməsindən (nəşrindən) imtina etmək hüququna malikdir.
  9. 9. Hüquqların qüvvəyə minməsi
    1. 9.1 Hazırkı razılaşma İstifadəçi tərəfindən Saytın xidmətlərindən istifadənin başlanğıcı anından, Saytda İstifadəçinin qeydiyyatı və ya elanın yerləşdirilməsi faktından asılı olmayaraq qüvvəyə minir və müddətsiz qüvvədədir.
    2. 9.2 İstifadəçi istənilən vaxt özünün Saytın xidmətlərindən istifadə hüququnu dayandırmaq hüququna malikdir. Bundan sonra İstifadəçi yeni Elanları yerləşdirmək hüququna malik deyildir.
    3. 9.3 Sayt şəxsi mülahizə üzrə İstifadəçinin girişini dayandırmaq hüququna malikdir. Xidmətlərə girişi dayandırılan və ya məlumatları həqiqi olmayan İstifadəçi Saytın rəhbərliyinin xüsusi icazəsi olmadan təkrar qeydiyyatdan keçmək hüquqlarına malik deyil, həmçinin belə İstifadəçi Sayta giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüquqlarına malik deyildir.
  10. 10.
    1. 10.1 Mübahisələrin yarandığı halda hazırkı Razılaşmanın tərəfləri onları danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürürlər. Hazırkı Razılaşmanın və Saytın xidmətlərinin verilməsinin icrası zamanı yaranan mübahisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll edilməlidir.
    2. 10.2 Bütün mübahisələrə dair Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.
    3. 10.3 Sayt birtərəfli qaydada və İstifadəçilərə bildirmədən hazırkı Razılaşmanı dəyişdirmək hüququna malikdir. Razılaşmanın yeni redaksiyası Saytda dərc edilməsi tarixindən qüvvəyə minir.
    4. 10.4 Razılaşmada heç nə İstifadəçi və Saytın rəhbərliyi arasında agent münasibətlərinin, yoldaşlıq münasibətlərinin, birgə fəaliyyət üzrə münasibətlərinin, şəxsi işəgötürmə münasibətlərinin, və ya Razılaşma ilə birbaşa nəzərdə tutulmamış hər hansı bir başqa münasibətlərin müəyyən edilməsi kimi anlaşıla və izah edilə bilməz.
    5. 10.5 Məhkəmə tərəfindən Razılaşmanın hər hansı müddəasının etibarsız və ya məcburi icraya aid olmayan kimi tanınması Razılaşmanın başqa müddəalarının etibarsız olması ilə nəticələnmir.
    6. 10.6 Razılaşmanın müddəalarının İstifadəçilərindən hər hansı biri tərəfindən pozulması halında Saytın rəhbərliyi tərəfindən fəaliyyətsizlik daha sonra Saytın rəhbərliyini öz maraqlarının və hüquqlarının müdafiəsinə uyğun olan hərəkətləri təşəbbüs etmək hüququndan məhrum etmir.
    7. 10.7 Hazırkı Razılaşma ilə nəzərdə tutulmamış bütün başqa şərtlər və şəraitlər fərdi qaydada tənzimlənir.

İstifadəçi təsdiqləyir ki, hazırkı Razılaşmanın bütün bəndləri ilə tanış edilmişdir və onları sözsüz tam həcmdə qəbul edir.

Əlavələr:

avtokira.com İstifadəçi Razılaşmasına dair Əlavə № 1

Dərc tarixi – 10.07.2023