Ana Səhifə
Elanlar
Şirkətlər
Xidmətlər
Giriş

Qaydalar

avtokira.com saytında elan yerləşdirilməsi bu İstifadəçi razılaşması (bundan sonra - Razılaşma) ilə tənzimlənir. Saytda təsbit edilmiş Qaydaların pozulması və ya reklam üzrə istifadəçilərin çoxsaylı şikayətləri elanın və eyni zamanda onların sahiblərinin qeydiyyat hesablarının bloklanması ilə nəticələnə bilər. Nəzərdə saxlayın ki, bütün elanlar əlavə xidmətlərin (VIP və digər) onlara tətbiq edilib-edilməməsindən asılı olmayaraq qaydalara uyğun olmalıdır. Qaydaların pozulması halında hətta ödəniş olunmuş elanlar da blok oluna və ya silinə bilər. Xidmət platformasının bütün istifadəçiləri üçün bərabər şəraitin təmin edilməsi məqsədilə hər kəs elan yerləşdirməzdən əvvəl avtokira.com-un qaydaları ilə tanış olub riayət etməlidir.

  1. 1.Elanların yerləşdirilməsi
    1. 1.1 Yerləşdirilən elanlar saytda 180 təqvim günü müddətində qalır. 180 təqvim günü tamamlandıqdan sonra elanlar avtomatik olaraq sayt tərəfindən silinir. Elan sayı limitini keçmədikdə manual olaraq elanın yenidən dərc edilməsi ödənişsizdir. Silinmiş elanların sayt tərəfindən qaytarılması haqqı hər elana görə 5 AZN-dir. Hər istifadəçi üçün ödənişsiz aktiv elan sayı limiti 10-dur. Hər sonrakı elan 5 AZN-dən hesablanacaqdır. Ödənişli və ödənişsiz bütün elanların müddəti dərc olunduğu tarixdən 180 təqvim günü müddətinə qədərdir. Dərc edildikdən sonra elanın hər hansı şəkildə dəyişdirilməsi bu müddəti yeniləmir və dəyişdirmir.
    2. 1.2 Mövcud elanlardan önə keçmə - (VIP elan statusuna keçmə) 10 günlük 10 AZN. 20 günlük 15 AZN. 30 günlük VIP elan 20 AZN.
    3. 1.3 Saytda olan elanda nəqliyyat vasitəsi haqqında məlumatları və şəkilləri başqa nəqliyyat vasitəsinə aid məlumatlara və şəkillərə dəyişmək qadağandır. Elanın mətnində sözü gedən avtomobil (minik, yük nəqliyyat vasitəsi, texnika) şəkildəki nəqliyyat vasitəsi ilə eynilik təşkil etməlidir.
    4. 1.4İstifadəçi şirkət yalnız qarajında mövcud olan avtomobillərin elanlarını yerləşdirə bilər.
    5. 1.4Elanın yerləşdirilməsi zamanı ulduzlu xanaların doldurulması vacibdir.
  2. 2. Şəkillər
    1. 2.1 Elanda 4 şəkil olmalıdır.
    2. 2.2 Şəkillər keyfiyyətli olmalıdır.
    3. 2.3 Qaranlıqda çəkilmiş şəkillər ancaq nəqliyyat vasitəsi süni şəkildə kifayət qədər işıqlandırıldıqda qəbul edilir.
    4. 2.4 “Skrinşot” şəkilləri dərc olunmur. Çərçivədə olan, və ya ağ/qara xətlərlə olan şəkillər dərc olunmur.
    5. 2.5 Şəkillərdə hər hansı bir loqotip olmamalıdır.
    6. 2.6 Şəkillərdə stikerlərin və smaylların istifadəsi qadağandır.
    7. 2.7 Şəkillərdə reklam xarakteri daşıyan məlumat olmamalıdır.
    8. 2.8 Şəkillərdə əlaqə vasitələri göstərilməməlidir.
    9. 2.9 Yad şəxslərin NV şəkillərinin və ya internetdən götürülən şəkillərin yerləşdirilməsi qadağandır!
    10. 2.10Şəkillərdə avtomobil hazırki vəziyyətində olduğu kimi göstərilməlidir.
  3. 3. Qiymət
    1. 3.1 Nəqliyyat vasitəsinin həmin tarix üçün keçərli olan kirayə qiymətləri qeyd edilməlidir.
  4. 4. Təsvir
    1. 4.1 Təsvirdə olan məlumatda təhqiramiz ifadə və reklam xarakterli məlumat olmamalıdır.
    2. 4.2 Mobil nömrə və ya digər əlaqə məlumatını daxil etmək qadağandır.
    3. 4.3 Təsvirdə yazılan məlumat xanada qeyd olunan məlumata uyğun olmalıdır.
    4. 4.4 “Təsvir” bölməsini boş saxlamaq qadağandır. Burada nəqliyyat vasitəsi haqqında 2-3 cümlə yazın
  5. 5. Əlaqə vasitələri
    1. 5.1 Əlaqə vasitələri düzgün qeyd olunmalıdır: ad, elektron poçt ünvanı, telefon nömrəsi (elanlarda şəxsi profildə qeyd etdiyiniz telefon nömrəsi qeyd olunur).
    2. 5.2 İstifadəçi yerləşdirdiyi elanın dəqiqliyinə, tamlığına, onun Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğunluğuna, elanda yerləşdirilən məlumatların üçüncü şəxslərin hüquqlarını pozmamasına və onların iddialarından azad olmasına görə məsuliyyət daşıyır.
  6. 6. Elana düzəlişin edilməsi
    1. 6.1 Elanda düzəliş etmək üçün elana daxil olun və “Düzəliş et” butonundan istifadə edin. VIP və vaxtı bitmiş elanlarda düzəliş etmək mümkün deyil.
    2. 6.2 Düzəliş edilmiş elan qaydalara uyğun deyilsə, düzəliş qəbul olunmur.
    3. 6.3 Düzəlişdən sonra elan bir gün ərzində yoxlamadan keçir.
  7. 7. Qara siyahı
    1. 7.1 Saytın işçi heyətinə qarşı hörmətsizlik edən istifadəçinin əlaqə vasitələri blok olunur və o, avtokira.com saytında elan yerləşdirə bilməz!
    2. 7.2 Elanda qiyməti fərqli qeyd edib sonradan isə telefonda digər qiymət söyləyən, başqa nəqliyyat vasitəsinin şəkillərini yerləşdirən və ya hər hansı digər qaydaları pozan istifadəçi qara siyahıya düşür və avtokira.com saytında daha elan yerləşdirə bilməz!
    3. 7.3 Əlaqə vasitələrinin qara siyahıdan çıxarılması mümkün deyil.
    4. 7.4 Üçüncü şəxsin əlaqə vasitələri qeyd edildikdə və həmin səxs şikayət etdikdə əlaqə vasitələri qara siyahıya düşür.
  8. 8. avtokira.com saytının rəhbərliyi saytın qaydalarının bilərəkdən pozulması halları zamanı müqaviləni ləğv etmək hüququnu özündə saxlayır. Bu halda ödənilən pul geri qaytarılmır.
  9. 9. Texniki dəstək xidməti
    1. 9.1 Texniki dəstək üçün saytda qeyd edilən əlaqə nömrəsinə səsli qısa mesaj (1 dəqiqəlik səs qeydləri) göndərdikdə müraciətiniz qeydə alınır və sizə 24 saat ərzində dönüş edilir.
    2. 9.2 Təcili məsələlər üçün saytda qeyd edilən nömrəyə zəng edə bilərsiniz.
    3. 9.3 Texniki dəstəyə müraciət etdikdə mütləq elan nömrəsi qeyd olunmalıdır. Elanın nömrəsi elan yerləşdirilən zaman elektron ünvanınıza göndərilir.
  10. 10. Digər şərtlər
    1. 10.1 Qayda pozuntularına yol verilibsə, hətta haqqı ödənilmiş elanlar da ləğv edilə bilər.
    2. 10.2 Əgər xidmət artıq göstərilibsə, ödənişli xidmətlərə görə ödənilmiş haqq geri ÖDƏNİLMİR. Həmçinin, xidmətin göstərilməsinin başlama vaxtı daha sonraya/əvvələ dəyişdirilə, xidmət başqa elana keçirilə bilməz.
    3. 10.3 Hər bir dərc olunmamış elana görə istifadəçinin elanı dərc edərkən göstərdiyi e-mail ünvanına elanın dərcinin imtina səbəbini izah edən avtomatik bildiriş (mesaj) göndərilir.
    4. 10.4 avtokira.com saytının Rəhbərliyi Qaydaların istənilən vaxt birtərəfli qaydada, öncədən məlumat vermədən (xəbərdarlıq etmədən) dəyişdirilməsi hüququnu özündə saxlayır.

Dərc tarixi – 10.07.2023